Şirvanda "Mercedes" və "VAZ" toqquşdu: Dörd nəfər ağır yaralandı - FOTO - YENİLƏNİB

Şirvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (kişi) fevralın 3-də saat 00:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda iki nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Vüsal Taleh oğlu Xankişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil VAZ-2115 markalı avtomobillə toqquşub.
***10:41
Şirvanda baş vermiş qəza 4 nəfərin ağır yaralanması ilə nəticələnib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Vüsal Taleh oğlu Xankişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil VAZ-2115 markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakinləri, 2000-ci il təvəllüdlü İsmayıl Səmədağa oğlu Həsənov, 2010-cu il təvəllüdlü Cəfərağa Coşqun oğlu Qurbanov, 2005-ci il təvəllüdlü Xəyyam Mansur oğlu Qurbanov və 2004-cü il təvəllüdlü Xəyal Mansur oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı elektrik və internet dirəyi aşıb, xətt qırılıb.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
“Hyundai” yük maşınına çırpıldı - Xəsarət alan var - VİDEO
Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda yük avtomobili aşıb - ANBAAN VİDEO
Manevr qaydasını pozan taksi sürücüsü qəza törədib - VİDEO
İdarəetmədən çıxan “Hyundai” betona çırpılıb tanınmaz hala düşdü - VİDEO
Prospektdə zolağı kor-koranə dəyişən sürücü "Chevrolet"i vurdu - REAL VİDEO
Qəbələdə “VAZ” və “Renault” toqquşdu - VİDEO
Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı yaralandı
Tanınmış aparıcının bloqer qızı qəzaya düşdü - FOTO
Lökbatan-Qobu yolunda qəza - Yük maşını aşdı - VİDEO
Qəbələdə ağır avtoqəza - 24 yaşlı oğlan öldü

















