Şirvanda qəzada yaralananların adları - FOTO - YENİLƏNİB

Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Priora"markalı minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı Hacıqəhrəmanlı qəsəbə sakinləri 2001-ci il təvəllüdlü Elçin Səmədov,1989-cu il təvəllüdlü Ceyhun Səmədov, 2007-ci il təvəllüdlü Həsən Müslümov və 2008-ci il təvəllüdlü Fatimə Nəsirova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların 4-ü də vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki,qəzaya düşənlər hamısı qohumdular. Faktla bağlı araşdırma aparılır.
***
23:30
Şirvan ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Ceyhun Səmədovun idarə etdiyi "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, eləcə də avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı













