Şirvanda yol qəzasında 3 nəfər yaralanıb

Şirvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində Şəhidlər Xiyabanının yaxınlığında qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 47 yaşlı Natiq Müzəffər oğlu Əhmədovun idarə etdiyi “VAZ-2105” markalı avtomobili qarşıdan gələn minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ-2105”in sürücüsü və Hacıqabul sakini, 33 yaşlı Aytən Teyyub qızı Əsədova, Şirvan sakini, 18 yaşlı Anar Rasim oğlu Dadaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra “VAZ”ın sürücüsünün vəziyyəti ağır olduğundan reanimasiya, digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












