Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB

Siyəzən rayonu ərazisində yük avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Bakı-Quba yolunun Siyəzən ərazisindən keçən hissəsində baş verən avtoqəza nəticəsində xəsarət alan bir nəfər (kişi) avqustun 27-də saat 02:10-da Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Döş qəfəsinin, üzün və sağ dizin əzilmiş yarası diaqnozları təyin olunan 1992-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az
***10:53
Siyəzən rayonu ərazisində yük avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev bildirib ki, hadisə avqust ayının 27-də, saat 01:30-da qeydə alınıb.
"Bakı-Quba-Dağıstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 87-ci kilometrliyində Elşad Fuad oğlu Əliyevin idarə etdiyi DAF markalı, 51-BG-534 dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı istiqamətində olarkən Miryaqub Feyruz oğlu Rufiyevin idarə etdiyi "Shacman" markalı 99-UV-965 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə DAF markalı yük avtomobilinin sürücü Elşad Əliyev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə E.Hacıyev bildirib./oxu.az
***
Siyəzən rayonu ərazisində yük avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Hadisə ötən gün Quba-Bakı yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, toqquşma nəticəsində yük avtomobillərindən biri yol kənarındakı dəyərə aşıb.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı
Sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya düşdü – VİDEO
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO










