Siyəzəndə bir gündə iki yol qəzası baş verib, 2 nəfər ölüb

Siyəzən rayonunda bir gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də saat 21 radələrində rayonun Gilgilçay kəndinin ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Elbrus Hasilov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçmək istəyən Şabran şəhər sakini Güldəstə İsmayılovanı vurub. Nəticədə G.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Digər yol-nəqliyyat hadisəsi də eyni vaxtda həmin kəndin ərazisində qeydə alınıb. Belə ki, Şabran şəhər sakini Davud Şərifovun idarə etdiyi "Samat Soren" markalı avtomobillə, Siyəzən şəhər sakini Mübariz Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "Samat Soren"nin sürücüsü D.Şərifov hadisə yerində ölüb.
Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












