Siyəzəndə qəza: “Toyota”yla toqquşan “QAZ” hasara çırpıldı - VİDEO

Siyəzən rayonu Qalaaltı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 18-i səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-KF-071 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil 53-BA-100 dövlət nömrə nişanlı “QAZ 24” markalı maşınla toqquşub. Qəzaya səbəb asfalt örtüyünün buz bağlaması olub. Nəticədə “Toyota” sürücüsü idarəetməni itirərək “QAZ 24”ü vurub. O isə öz növbəsində yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı sürücülər arasında xəsarət alan olmasa da nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov baş vermiş qəzayla əlaqədar Avtosfer.az-a məlumat verib. O, bildirib ki, faktla bağlı qanunamüvafiq tədbir görülüb.
Nərmin
Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb - FOTO
Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI
Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadın XİLAS EDİLDİ - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO
Prospektdə qəza: “Chevrolet” və “Nissan” toqquşdu - VİDEO
Yük maşını dayanmış avtobusu belə vurdu - DYP görüntüləri yaydı - VİDEO
Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB
Sürücü sükanda yuxuladı - “Kamaz” marşrut avtobusuna çırpıldı - FOTO - YENİLƏNİB
Bakıda qəza - Ölən var










