Siyəzəndə qəza: Yük maşınıyla avtobus toqquşdu - VİDEO
Qəzalar
26 Dekabr 2025 12:30
Oxunub 466

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 25-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük maşını, sərnişin avtobusuyla toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













