Skuter sürücüləri ilə bağlı təhlükəli görüntülər YAYILDI - DİN-dən XƏBƏRDARLIQ - VİDEO

Bakıda bir skuterə minən 3 azyaşlı kameralara düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Qeyd olunub ki, həmin uşaqların 11, 12 və 13 yaşları var:
"Ancaq bu azyaşlılar törətdikləri qayda pozuntuları ilə özlərinin və digərlərinin həyatı üçün ciddi təhlükə yaradıblar. Sutkanın qaranlıq vaxtı paytaxtda intensiv hərəkətin müşahidə olunduğu yollarda üç azyaşlı bir skuterlə əks istiqamətdə hərəkət edir, svetoforun qırmızı işığında keçirlər. Yollarda təhlükəli manevrlər edən zaman skuterdə olan azyaşlı sərnişin yolun hərəkət hissəsinə də yıxılır. Xoşbəxtlikdən, bu dəfə onların etdikləri səhv hərəkətlər qəza ilə nəticələnməyib. Lakin görüntülər bir daha göstərir ki, uşaqların yol hərəkəti qaydalarını bilməsi ilə yanaşı, həmin qaydalara əməl etməsinə nəzarət də olduqca vacibdir.
Bu məqsədlə hər bir valideyn müşahidə kameralarının qeydə aldığı görüntülərə diqqətlə baxmalı və həyat üçün vacib olan bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Onlar bilməlidirlər ki, kiçik elektrikli nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan başlanır.
Valideynlər övladlarına skuterdən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini izah etməli, svetofor siqnalları barədə məlumat verməli, əks istiqamətdə hərəkət etməyin və təhlükəli manevrlərdən çəkinməyin zəruriliyini diqqətə çatdırmalıdırlar.
Qeyd edək ki, belə hallar aşkar edildiyi zaman azyaşlıların valideynləri barəsində məsuliyyət tədbirləri görülür".
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












