Smartfona gələn hər bildiriş qəza riskini artırır – TƏDQİQAT - FOTO

Mobil telefon avtomobillə səyahətin ayrılmaz tərkib hissəsinə çevrilib. Müxtəlif proqramlar (naviqator və s.) sürücünün işini asanlaşdırır. Lakin işin pis tərəfləri də var.
Avtosfer.az xəbər verir ki, avropalı tədqiqatçılar smartfonun daha bir təhlükəsini üzə çıxarıblar.
Adətən sürücülər vərdiş üzrə telefonu qabaq paneldəki tutacaqda yerləşdirirlər. İntizamlı sürücülər danışıq zamanı cihazı əllərinə götürmürlər. Lakin bu da hər şeyin təhlükəsiz olduğu anlamına gəlmir.
Telefona gələn bir bildirişə reaksiya vermək üçün təxminən 13 saniyə tələb olunur. Bu müddətdə sürücünün gözü və fikri yoldan yayınıb telefona yönəlir. 130 km/saat sürətlə gedən maşın bu zaman dilimində 500 metr yol qət edir. Şəhərdə 50 km/saat sürətlə isə qət edilən məsafə 176 metrdir.

Əlavə olaraq, bu müddətdə sürücü güzgülərə baxmağı sadəcə olaraq yaddan çıxarır. Bu qədər məsafədə “kor sürüş” çox ciddi qəza üçün kifayətdir. Həm də nəzərə alaq ki, sürücünün təkrar yola konsentrasiyası da müəyyən vaxt tələb edir.
Orta hesabla gün ərzində telefona 100 bildiriş gəldiyini nəzərə alsaq deyə bilərik ki, hər bildirişə cavab verən sürücü Bakı-Qazax yolunun 6 dəqiqəlik hissəsini “gözübağlı” sürüb.
Vüqar
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












