Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO

Tarix: 12 oktyabr 1989-cu il.
Artıq bütün SSRİ-də intizamsızlıq baş alıb gedir, milli məsələ aktuallaşıb, lakin ittifaq parçalanmayıb. Bununla belə, çatlar böyüyür.
Avtosfer.az xəbər verir ki, bu tarixdə Kirovabad hərbi aeroportunda (indiki Gəncə Beynəlxalq Hava Limanı) gecə uçuşu planlaşdırılır. Su-24 qırıcısının uçuş heyəti uçuş zolağından keçərək sükan yoluna daxil olur. Zolaqla sükan yolunun işıqları fərqli olsa da, ekipaj bunun fərqinə varmır və hərəkətə başlayır.
Təxminən 500 metr yürüşdən sonra təyyarənin qanadı əvvəlcə sükan yolunda dayanmış boş avtobusu zədələyir. Şturman katapult edərək xilas olur. Ardınca qırıcı yanacaq dolduran An-12 hərbi nəqliyyat təyyarəsinə çırpılır. Hər 2 təyyarə dərhal alovlanır.
Hadisə nəticəsində Su-24-ün pilotu və AN-12-nin göyərtəsində olan 4 ekipaj üzvü, həmçinin təyyarənin yanında olan yanacaq-sürtkü materialları xidmətinin zabiti və yanacaqdaşıyan avtomobilin sürücüsü həlak olur. AN-12-nin 3 heyət üzvü kənarda olduqları üçün sağ qalırlar. Ümumilikdə qəza 7 nəfərin həyatına son qoyur.
Təbii ki, bu qəzadan da vətəndaşların xəbəri olmadı. Çünki SSRİ-də bu tip xəbərlərin mətbuatda yayılması qadağan idi. Senzura bir yana, insanların gördüyü təyyarə qəzaları barədə 25 il ərzində danışması da qadağan idi.
Vüqar

Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












