Stomatoloq və sərnişini qəzada öldü - Şəmkirdə DƏHŞƏTLİ QƏZA - YENİLƏNİB

Şəmkirdə minik avtomobilinin ağaca çırpılması nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, avtomobildə olan sərnişin ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Qəzada ölənlər sürücü 1990-cı il təvəllüdlü K.Çobanov və sərnişini 1991-ci il təvəllüdlü S.Məmmədovdur.
Qeyd edək ki qəzada ölən K.Çobanov stomatoloq işləyirdi.
***
Avtosfer.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində həyatını itirib.
Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN-nin xiladediciləri cəlb olunub. 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(unikal)
Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB
66 yaşlı qadını maşın vurub ÖLDÜRDÜ
Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTOLAR
Nasaz avtomobil sürücünün həyatına son qoydu – DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Gəncə-Samux yolunda AĞIR QƏZA: Maşın 2 yerə bölündü - FOTOLAR
Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var - FOTO - VİDEO - YENİLƏNİB
İsmayıllıda ağır qəza: Maşınlar yararsız hala düşdü, yaralı var - VİDEO
Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Bakıda “Chevrolet” aşdı, sürücü xəsarət aldı - VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU












