Stop nişanına məhəl qoymayan sürücü avtobusla toqquşdu - VİDEO
Qəzalar
25 Mart 2021 16:10
Oxunub 2456

Bakıda marşrut avtobusu ilə minik avtomobilinin toqquşma anı kameraya düşüb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin biri ilə hərəkət edən 99-MB-199 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü stop nişanına məhəl qoymadan yolayrıcına daxil olub. Bu zaman baş yolda hərəkət edən "Baku Bus" avtobusu əyləcdən istifadə edib dayanmaq istəsə də qəza qaçılmaz olub.
Qeyd edək ki, hadisə mart ayının 19-u baş verib.
Sözügedən görüntünü təqdim edirik:
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













