Sükan arxasında döyülən sürücü qəza törədib - BAKIDA

Bakıda sükan arxasında döyülən sürücü qəza törədib. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, 1990-ci il təvəllüdlü Nurlan Həsənli idarə etdiyi 99-FD-939 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil ilə Akim Abbasov küçəsindən sağa - Şəfayət Mehdiyev küçəsinə dönən zaman avtomobildə tanışı olan bir qadın və bir kişi ilə mübahisə edib. Mübahisə zamanı sürücü N.Həsənli döyülüb. Bu zaman N. Həsənli idarəetməni itirərək yol kənarında motosikletləri təmir edən 1992-ci il təvəllüdlü Hüseynov Röyal Rəcəb oğlunu vurub.
Daha sonra idarəetmədən çıxan maşın 90-VB-577 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil arxasında dayanan sonuncu avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cəmiyev Elçin Yaşar oğlunu vuraraq avtomobilə çırpıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Cəmiyev koma vəziyyətindədir.
Avtomobildə olan N.Həsənliyə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Əraziyə cəlb edilən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü və sərnişinləri saxlayıb. Araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












