Sükan arxasında mürgülədi; avtomobili yük maşınına çırpdı - VİDEO

Rusiyanın İrkutsk vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, sükan arxasında yuxulayan sürücünün idarəetməni itirməsi nəticəsində ikisi uşaq olmaqla dörd nəfər xəsarət alıb. Hadisə "Sibir" federal avtomobil yolunun Kuytun rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə, 45 yaşlı sürücü "Mazda" markalı avtomobili ilə hərəkətdə olarkən qarşı yola çıxaraq "Scania" markalı yük maşını ilə toqquşub. Sürücü daha sonra polisə ifadəsində sükan arxasında bir anlıq mürgülədiyini etiraf edib.
Güclü toqquşmaya baxmayaraq, avtomobildəkilər möcüzə nəticəsində sağ qalıblar. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, onun 47 yaşlı qadın sərnişini, həmçinin 8 və 11 yaşlı iki azyaşlı oğlan dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












