Banner

Sükan arxasında sərnişinlə mübahisə edən qadın qəza törətdi - REAL VİDEO

Qəzalar 22 Dekabr 2025 17:00 Oxunub 1116
Sükan arxasında sərnişinlə mübahisə edən qadın qəza törətdi    - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Dairəvi yolunda baş vermiş yol qəzası avtomobil kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.

Videodan görünür ki, 99-OS-771 dövlət nömrəli “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq hərəkət etdiyi zolaqdan qəfil sağa dönüb. Bu zaman həmin zolaqda hərəkət edən digər avtomobilə çırpılıb. Qəza baş verdikdən sonra hər iki sürücü maşınlarını yolun kənarına çəkərək vəziyyəti müzakirə ediblər.

Zərərçəkmiş sürücü bildirib ki, qəzanı törədən şəxs qadın olub və o, sükan arxasında sərnişini ilə mübahisə etdiyi üçün diqqəti yayınıb. Sürücü əlavə edib ki, özü də bu an söhbət etdiyi üçün qəzanın qarşısını almaq mümkün olmayıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh