Sükan arxasında yatan sürücü ağır qəza törətdi - 4 yaralı - FOTO

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb. Hövsan qəsəbəsindən Zığ şosesi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobil əks istiqamətdə hərəkət edən “Mercedes” markalı maşına çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü və sərnişini, eləcə də, VAZ-2107-də olan iki adın sərnişin xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi ardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb. Suraxanı Rayon Polis İdarəsi və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, VAZ-2107-nin sürücüsü, 1991-ci il təvəllüdlü Abdurәhimov Zaur Mübariz oğlunu sükan arxasında yuxu tutub. Nəticədə avtomobil qarşıdan gələn “Mercedes”ə çırpılıb.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam etdirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO

















