Sükan arxasında yatan sürücü avtomobili kafeyə saldı - VİDEO
Qəzalar
5 Aprel 2024 17:50
Oxunub 548
Paytaxtda baş vermiş qəribə qəza sosial şəbəkələrdə maraqla qarşılanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-XA-293 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobil kafeyə girib. Sürücü sükan arxasında yatdığı üçün qəzanı törətdiyini bildirib. Nəticədə həm nəqliyyat vasitəsinə, həm də obyektə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR