Banner

Sükan arxasında yuxulayan sürücü avtomobili yol nişanına çırpıb - FOTO - VİDEO

Qəzalar 18 İyul 2021 18:24 Oxunub 7726
Sükan arxasında yuxulayan sürücü avtomobili yol nişanına çırpıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sükan arxasında yuxulayan sürücü qəza törədib.

APA-nın məlumatına görə, qəza Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində, magistralın Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 50 CT 914 dövlət nömrə nişanlı “VAZ 2102” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayaraq nəqliyyat vasitəsini yol nişanına çırpıb. Qəza nəticəsində avtomobil yarasız hala düşüb, sürücü üz nahiyəsindən xəsarət alıb.

Maşında sürücüdən başqa oğlu da olub. Onun müdaxiləsi sayəsində sürücü ağır qəzadan qaça bilib.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh