Sükan arxasında yuxulayan sürücü qəza törətdi - ÖLDÜ - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, iyunun 2-si saat 23 radələrində, Ələt-Astara avtomobil yolunun 90-cı kilometrində, Xırmandalı kəndinin ərazisində Aləddin Babayevin idarə etdiyi “Ford Transit” markalı avtomobil qarşıda gedən Kəramət Ağayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
"Eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin bu şəkildə toqquşması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir. Sözügedən yol-nəqliyyat hadisəsində də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır", məlumatda deyilir.
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB
Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO
Xaçmazda avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Yevlaxda yol qəzasında ölən gəncin FOTOsu
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO












