Sumqayıtda ağır yol qəzası: 2 ölü, 3 yaralı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hyundai Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
**
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
**
Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.
"Hyundai" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.


"Hyundai" xarab olan "BMW"yə çırpıldı; maşın evakuatora çıxdı - VİDEO
Türkiyədə helikopter qəzası - Polkovnik ÖLDÜ - VİDEO - YENİLƏNİB
Motosiklet və moped qəzaları: 6 ayda 18 nəfər ölüb
Lerikdə "Niva" aşıb - VİDEO - YENİLƏNİB
Kuşadasına gedən avtobus aşdı: 30-dan çox YARALI VAR - VİDEO
Tanınmış aktrisa avtomobil qəzasında öldü
Qubada ağır qəza: "VAZ" işıq dirəyini aşırdı - VİDEO
Cəlilabadda “Toyota” aşdı - Yaralılar var - FOTO
Prospektdə “Hyundai” “Mercedes”ə çırpıldı – Təlimçi səbəbi açıqladı - VİDEO
Kobud qayda pozuntusu 4 nəfərin həyatına son qoydu - DYP görüntüləri YAYDI - VİDEO
Salyanda qəzada ölənlərin FOTOsu











