Sumqayıtda avtobus qəzaya düşdü - Xəsarət alanlar var - YENİLƏNİB

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 30.09.2025-ci il tarixində saat 21:30 -da üç nəfər hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda iki nəfərin (bir qadın, bir kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər (kişi cinsli) isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Arzu Şubay oğlu Abışovun idarə etdiyi "Hyundai" markalı avtobusla 1962-ci il təvəllüdlü İradə Əlihüseyn qızı Hüseynovanın idarə etdiyi KIA markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Tural Arif oğlu Məmmədov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Zaqatalada "Chevrolet" aşıb, ölən və yaralanan var
Otuz nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada azı dörd nəfər ölüb
Dumanlı hava ahıl sürücünün həyatına son qoydu - VİDEO
Tərtərdə ağır qəza oldu - Ölən var - VİDEO
Həkimin idarə etdiyi maşın kanala düşdü - ÖLƏN VAR
Bakıda "BYD" yana-yana hərəkət etdi; xəsarət alan var - VİDEO
Güclü külək damın kərpic divarını maşınların üstünə aşırdı: 6-sı əzildi - VİDEO
Prezident bu şəxsləri rüsum ödəməkdən AZAD ETDİ - SƏRƏNCAM
Gəncədə avtomobil işıq dirəyinə çırpıldı - FOTO
“Volvo” yük maşınına çırpıldı - İş adamı öldü - VİDEO
Şirvanda avtobusla toqquşan “Opel” tanınmaz hala düşdü - VİDEO











