Banner

Sumqayıtda “Land Rover” üç maşına çırpılıb aşdı - VİDEO

Qəzalar 30 Oktyabr 2025 14:18 Oxunub 1656
Sumqayıtda “Land Rover” üç maşına çırpılıb aşdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 30-da səhər saatlarında Polad Həşimov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-RA-528 dövlət nömrə nişanlı “Land Rover” markalı maşın, yol kənarında dayanmış 50-FX-495 dövlət nömrə nişanlı “Changan” markalı, 50-CP-606 dövlət nömrə nişanlı “Hyundai” markalı və “VAZ-2106” markalı avtomobillərə çırpılıb və ardınca aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh