Banner

Sumqayıtda mikroavtobus “Hyundai”la toqquşub: Ondan artıq yaralı var - VİDEO - FOTO

Qəzalar 15 Mart 2022 21:04 Oxunub 2112
Sumqayıtda mikroavtobus “Hyundai”la toqquşub: Ondan artıq yaralı var  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var. APA xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb. Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh