Sumqayıtda motosiklet iki piyadanı vurub

Sumqayıtda motosikletin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet yolu keçməyə çalışan iki kişini vurub. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, zərərçəkənlərdən biri – 1960-cı il təvəllüdlü şəxs – kəllə-beyin travması, digəri – 2006-cı il təvəllüdlü şəxs isə bud sümüyünün sınığı diaqnozu ilə hospitalizasiya olunub.
Onlar Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki yaralının vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












