Sumqayıtda “Oka” yük maşınıyla beton qurğular arasında qaldı - RƏSMİ - VİDEO

Qəzalar 9 Sentyabr 2024 17:30 Oxunub 182
Sumqayıtda “Oka” yük maşınıyla beton qurğular arasında qaldı - RƏSMİ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza sentyabrın 8-də saat 18:00 radələrində Bakı-Quba yolunun 47-ci kilometrliyində qeydə alınıb: “Belə ki, 77-RV-493 dövlət nömrə nişanlı “MAN” markalı yük maşınının sürücüsü qarşısında hərəkətdə olan avtobusu keçmək üçün digər zolağa keçid edib. Ardınca arxadan gələn 06-BD-395 dövlət nömrə nişanlı “Oka” markalı avtomobilin sürücüsü “MAN” markalı yük maşınından yol istəyib. Bu zaman yolun sağ tərəfinə keçən “MAN” həmin zolaqdakı “Lexus”u vurub və sol tərəfə gedib. Nəticədə sol zolaqdakı “Oka” markalı maşın “MAN”la beton qurğular arasında qalıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb”.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh