Sumqayıtda QƏZA: 2 piyada xəsarət alıb - YENİLƏNİB
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 23 noyabr saat 18:50-də 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına sol diz sümüyünün proksimal ucunun açıq sınığı diaqnozu ilə hospitalizasiya olunub.
"Zəruri tibbi yardımlardan sonra özünün yazılı iltizamnaməsi ilə ambulator müalicə üçün evə buraxılıb.
Sözügedən şəxs 25 noyabr saat 11:30-da tibb müəssisəsinə yenidən müraciət edib. Hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) isə 23 noyabr saat 19:00-da Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Ona bədənin bir neçə nahiyəsinin müştərək sınıqları və bədənin bir neçə nahiyəsinin açıq yaraları diaqnozu ilə zəruri tibbi yardım göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda göstərilir.
(oxu.az)
***
09:23
Sumqayıtda avto-qəza baş verib, 2 piyada xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Novxanı bağları ərazisində qeydə alınıb.
2008-ci il təvəllüdlü Elvin Mahmudov idarə etdiyi “Opel” markalı avtomobillə piyadalar, 1988-ci il təvəllüdlü Şəbnəm Aləm qızı Məsimovanı və 2009-cu il təvəllüdlü Nəzrin Həbib qızı Məsimovanı vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.