Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpılıb, yaralananlar var - VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report”a istinadən məlumatına görə, şəhər sakini, 1986-cı il təvəllüdlü Əmirov Aqil Yaşar oğlu tərəfindən idarə olunan “İsuzu” markalı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun ortasındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 2005-ci il təvəllüdlü Alıyev Pünhan Ehsan oğlu, 1995-ci il təvəllüdlü Mustafayeva Qönçə Mehman qızı və Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Cəlilov Xocaxan Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sumqayıtda baş verən qəza səbəbi ilə iyulun 21-i, saat 18:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına səkkiz nəfər (iki qadın cinsli, altı kişi cinsli) hospitalizasiya olunub. "Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












