Sumqayıtda sərnişinlə dolu avtobus aşdı - VİDEO

Bu gün axşam saatlarında Bakı-Quba yolunun 49-cu km-nin Sumqayıt ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az saytı anspress-ə istinadən xəbər verir ki, zəncirvari qəza nəticəsində üç avtomobil toqquşub. Toqquşan avtomobillər “Hunday” markalı avtobus,“KAMAZ” yük maşını və “Niva” dır. Hadisə yerində olan Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev açıqlamasında hazırda araşdırma aparıldığını qeyd edib. Qəza nəticəsində hər üç avtomobil ciddi zərər çəkib. İlkin məlumata görə, fəhlələri aparan “Hunday” markalı avtobus qəza nəticəsində aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxs yerli xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. “Qəza nəticəsində ölüm-itim yoxdur. Faktla bağlı araşdırma aparılır.Aparılan araşdırmalardan sonra kimin günahkar olduğu aydın olacaq”, - deyə müstəntiq Arzu Əliyev bildirib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












