Banner

Sumqayıtda “Tesla”nın təkərinə dəyən “Hyundai” aşdı - ANBAAN VİDEO

Qəzalar 9 Sentyabr 2025 18:00 Oxunub 1004
Sumqayıtda “Tesla”nın təkərinə dəyən “Hyundai” aşdı    - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində baş vermiş yol qəzası anbaan təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 7-də saat 19:34 radələrində qeydə alınıb. Hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil, “Tesla” markalı maşınla toqquşaraq aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Tesla” sürücüsünün manevr qaydasını pozması olub. Belə ki, o, “Hyundai”ın önünə anidən keçib və bu vaxt sürücüyə təhlükə yaradıb. “Hyundai” sürücüsü tormoz verərək qəzanın qarşısını almağa çalışsa da bacarmayıb. “Tesla”nın sol arxa təkərinə dəyən maşın idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Hyundai”ın sürücüsü başından xəsarət alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh