Sumqayıtda dəhşətli qəza: Piyada yerindəcə öldü - FOTO - VİDEO
Qəzalar
10 İyun 2021 00:08
Oxunub 2890

Bu gün axşam saatlarında Sumqayıt şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a hadisə şahidləri məlumat verib. Belə ki, Sumqayıt şəhəri 12 mikrorayon ərazisində yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçən kişini "Toyota Corolla" markalı avtomobil vurub. Verilən məlumata görə sürücü yüksək sürətlə hərəkət etdiyi üçün qəzadan yayına bilməyib. Piyada hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













