Sumqayıtdan Lənkərana gedən "Qazel" qəzaya düşdü - Yaralılar var

Sumqayıtdan Lənkərana gedən "QAZel" markalı mikroavtobus Masallı rayonu ərazisində beton maneəyə çırpılıb. Hadisə bu gün səhər saatlarında baş verib. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlar Lerik rayon sakinləridir. Onlar Sumqayıt şəhərində keçirilən toy mərasimindən Lənkərana qayıdırmış. Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir.
***
Masallı rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların kimliyi məlum olub. Xəsarət alanlar 1972-ci il təvəllüdlü Məhərrəmova Xumar Həbib qızı, 1963-cü il təvəllüdlü Hüseynova Nazilə Fərhad qızı və 1965-ci il təvəllüdlü Dövlətova Zərifə Fərhad qızıdır. Onların hər üçü Masallı rayonunun Ambu kənd sakinləridir. Qəza zamanı daha bir nəfər xəsarət alıb. O, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












