Suqovuşanda AĞIR QƏZA: 6 yaralı, üçünün vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB

Ağdərədə mikroavtobusun dərəyə aşması zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 7-də saat 21:40-da Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan altı nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərdən iki nəfər Mingəçevir şəhərində, bir nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Bir nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.
Hazırda iki pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
***
Ağdərədə mikroavtobus dərəyə aşması səbəbindən baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 7-də saat 21:00-da baş verib.
Tərtər sakini Ələddin Allahverdiyevin idarə etdiyi "Hyundai" markalı, 77-JZ-716 dövlət qeydiyyat nişanlı mikroavtobus dərəyə aşıb.
Mikroavtobusun aşmasına ilkin səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
***09:18
Suqovuşanda işçi qrupu daşıyan mikroavtobus aşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza ötən gecə Suqovuşan ərazisində baş verib.
Belə ki, “Hyundai” markalı, 77 JZ 716 dövlət nömrə nişanlı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, Suqovuşanda baş verən qəza zamanı 6 nəfər xəsarət alıb.
Qəzada xəsarət alan 6 nəfər işçidən üçünün vəziyyəti ağır olduğundan kəllə-beyin travması ilə Mingəçevir Regional Hospitala, digər xəsarət alanlar isə müayinə üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












