Suqovuşandan qayıdarkən qəzaya düşdülər - 4 nəfər ÖLDÜ - FOTO

Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Ağdərə rayonunda 4 nəfəron ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Avtosfer.az xəbər verir ki, Tərtər sakini 1992-ci il təvəllüdlü Zülfüqarlı İlkin Qurban oğlunun sürdüyü “Nissan” markalı pikapda olanlar Suqovuşandan işdən qayıdırmış. Belə ki, hadisə zamanı xəsarət alan sürücü və sərnişinləri - Tərtər şəhər sakinləri 1999-cu il təvəllüdlü Kərimov Asif Rafiq oğlu, 1987-ci il təvəllüdlü Həsənov Mütalib Telman oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Samir Mədət oğlu və 1975-ci il təvəllüdlü Alxanov Sərdar İmran oğlu Suqovuşanda tikintidə çalışırmış.
Onlar axşam saatlarında işlədikləri yerdən yaşadıqları Tərtər şəhərinə qayıdarkən qəza baş verib.
Qəzada ölənlərdən 26 yaşlı Samir Məmmədovun fotosunu təqdim edirik:

Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO












