Sürət həddini aşan “06”lar qəza törətdi - VİDEO
Qəzalar
10 İyul 2023 21:40
Oxunub 6406

Yüksək sürətlə hərəkət edən avtomobillər qəza yaradıb.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Cəlilabad rayonunda qeydə alınıb. Görüntülərdən bəlli olduğu kimi, 15-BZ-260 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı avtomobil, 15-BL-620 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin məlumatına görə, qəzanın baş verməsinə səbəb avtomobillərin sürət həddini artırması olub. Nəticədə hər ikisinin sol hissəsi sıradan çıxıb. Sürücülər arasında xəsarət alan olmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













