"Sürətlə gəlirdi, saxlaya bilmədi, körpüdən aşdı" - VİDEO

Hadisə şahidləri danışdı. Avtosfer.az regiontv-yə imtinadən xəbər verir ki, Daşkəsəndə ağır yol qəzası baş verdi, vəzifəli şəxslər öldü.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi dünən saat 17:30 radələrində Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.
“Niva Chevrolet” markalı avtomobil sürüşərək körpüdən aşıb. Nəticədə avtomobildə olan DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri Elvin Haqverdiyev və Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Hacı Məmmədov dünyasını dəyişib. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Hadisə şahidi: “Sürətlə gəlirdi, saxlaya bilmədi düşdü. Çığır-bağır saldıq, çıxardılar”.
Hadisə şahidi: “Səsə gəldik. Maşının körpüdən düşdüyünü gördük. Biri yerində keçinmişdi, bir nəfər isə sağ idi. Yolda dünyasını dəyişdi”.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












