Sürücü avtomobili maneələrə çırpıb yaralandı

Mingəçevirdə idaretməni itirən sürücü avtomobili yoldan çıxararaq manelərə çırpıb və ciddi xəsarət alıb. Hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki,1981-ci il təvəllüdlü Mingəçevir sakini Mustafayev Sahib Vaqif oğlu "Mercedes" markalı avtomobili ilə Samux küçəsində hərəkət edərkən idarəetməni itirib və qarşısına çıxan maneələrə çırpılaraq yoldan çıxıb. "Mercedes" bağlar küçəsinə istiqamətlənərək yol nişanlarını aşırıb, həyət evinin hasarına çırpılıb və nəhayət, işıq dirəyinə dəyərək dayanıb. Avtomobil tamamilə yarasız hala düşüb, sürücü isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Ona alnının sağ hissəsinin kəsilmiş yarası və digər bədən yaraları diaqnozu ilə tibbi yardım göstərilib. Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti kafi olaraq dəyərləndirilir.
Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.
Report
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












