Sürücü avtomobilini kafeyə çırpdı: 1 ölü, 12 yaralı – FOTO

Fransanın paytaxtı Paris yaxınlığındakı Set Sor kommunasının Sena və Marna departamentində avtomobilin kafeyə çırpılması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Pyer-Henri Brandet "BFM TV" televiziyasına açıqlamasında hadisə zamanı 13 yaşlı qızın öldüyünü bildirib. O, qeyd edib ki, hadisə zamanı xəsarət alanlardan 4-nün vəziyyəti ağır, 8-nin vəziyyəti isə normaldır. Hadisənin terror aktı olması istisna edilir.
***00:31
Fransada avtomobil kafeyə çırpılıb. Bu barədə "Europe1" radiostansiyası məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisə Paris yaxınlığındakı Sena və Marna departamentində, Set Sor kommunasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb. Ölən şəxsin gənc qız olduğu bildirilir. Qeyd olunur ki, yaralananların əksəriyyətinin vəziyyəti ağırdır. "BFM TV" televiziyası isə hadisənin məqsədli şəkildə törədildiyini xəbər verib. Hadisəni törətmiş sürücü saxlanılıb. Əraziyə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri məlum deyil, təhqiqat aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
















