Sürücü bıçaqlandı: özünü xəstəxanaya çatdırarkən qəza törətdi - Bakıda

Bakının Xəzər rayonununda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində taksi sürücüsü işləyən Fəxri Mirzəliyev tanışı ilə mübahisəsi edib. Mübahisə sonradan davaya çevrilib və tanışı Fəxrini bıçaqlayıb. Hadisə zamanı Fəxrinin anası Elmira Mirzəliyeva da yanında olub. Bıçaqlanan Fəxri Mirzəliyev avtomobilinə əyləşərək özünü xəstəxanaya çatdırmaq istəyib. Lakin yaralı yolda qəza törədib. Binə qəsəbəsindən Aeroport yoluna daxil olan zaman huşunu itirən Fəxri idarə etdiyi "Kia" markalı avtomobili dəmir arakəsmələrə çırpıb. Fəxri Mirzəliyev qəza zamanı əlavə xəsarətlər də alıb. Avtomobildə olan Elmira Mirzəliyeva da zədələnib. Daha sonra Elmira Mirzəliyeva kürəkəninə zəng edərək onu hadisə yerinə çağırıb. Kürəkən qayın və qayınanasını xəstəxanaya çatdırıb. Bıçaq və sınıq xəsarətləri olan Fəxri Mirzəliyev əməliyyat olunub. Elmira Mirzəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Hadisə barədə polisə məlumat verilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ














