Sürücü əks yoldakı maşını vurmaqdan son anda yayınsa da irəlidə qəza törətdi - REAL VİDEO
Qəzalar
23 Oktyabr 2024 12:42
Oxunub 766

Sürücü son anda qəzadan xilas olduğu videonu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl Sumqayıt şəhərinin Çerkassı küçəsində baş verib. Görüntüdən aydın olduğu kimi, 10-SS-245 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobilin sürücüsü təhlükəyə səbəb olur. Belə ki, idarəetməni itirən sürücü qarşı tərəfə keçid edir və əks istiqamətdəki maşına qəza riski yaradır. Bu zaman təhlükəylə üzləşən sürücü avtomobilini saxlayır. Xoşbəxtlikdən toqquşma baş vermir.
Qeyd edək ki, sürücü “Opel”i idarə edən şəxsin içkili olduğunu və irəlidə qəza törətdiyini iddia edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













