Sürücü həmkarını çaya düşmək təhlükəsiylə üz-üzə qoydu - VİDEO
Qəzalar
14 Avqust 2023 22:51
Oxunub 612

Sürücü məhsuliyyətsizliyi qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə avqustun 13-də günorta saatlarında Xaçmazın Gödəkli körpüsündə qeydə alınıb. Belə ki, yol boyu irəliləyən avtomobil “VAZ-21011” markalı maşının qəflətən yoluna çıxması ilə idarəetməni itirib və yol kənarındakı dəmir məhəccərə çırpılıb. Nəticədə avtomobil müəyyən dərəcədə zədələnib, sürücü və sərnişin isə qəzadan xəsarətsiz çıxmağı bacarıb. Avtomobil məhəccərə dəydiyi üçün onlar son anda çaya düşməkdən yan keçə bilib.
Qeyd edək ki, qəza sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İstifadəçilər qəzaya səbəb olan sürücünü qınayıblar.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













