Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Saatlıda baş verən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 7-si saat 20:45 radələrində Saatlı şəhəri ərazisində rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən, idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, sonra isə yol kənarında hasara çırpılıb.
Qəza nəticəsində avtomobilində olan sərnişinlər – sürücünün anası və 7 yaşlı bacısı xəsarət alıb. Xəstəxanaya çatdırılsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, sadə hesab etdiyimiz istənilən qayda pozuntusunun hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.
Bakıda yük maşını qəza törətdi, hərəkət məhdudlaşdırıldı
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB
Neftçalada minik maşını avtobusa çırpıldı - ÖLƏN VAR
Prospektdə zəncirvari qəza – Xəsarət alan var - VİDEO
Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO
Xaçmazda avtomobil piyadanı vurub ÖLDÜRDÜ












