Sürücü vurduğu piyadanı xəstəxanaya apardıqdan sonra qaçıb - Lənkəranda

Lənkəran rayonunda piyadanı maşın vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun "Mərkəzi bazar" adlanan ərazisində qeydə alınıb.
Rayonun İsti-su qəsəbəsi, Talışlı kənd sakini, 1966-cı il təvəllüdlü, Əliyev Arif Qüdrət oğlu yolu keçərkən onu maşın vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza zamanı sürücünün həyat yoldaşı da yanında olub. Onun sözlərinə görə, A.Əliyev "VAZ 2106" markalı "42-BT-234" dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurulub. Sürücü yaralını xəstəxanaya apardıqdan sonra oranı tərk edib.
Xəstəxanadan bildirilib ki, yaralı A.Əliyevə kəllə-beyin travması diaqnozu qoyulub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












