Sürücü vurub öldürdüyü şəxsin meyitini başqa yerə aparıb

Bakının Xəzər rayonu, Albalı yaşayış massivində (Buzovna qəsəbəsi) yol kənarında tapılmış kişi meyitinin yol qəzası nəticəsində öldükdən sonra oraya gətirildiyi məlum olub. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, Bakı şəhər sakini, 27 yaşlı Pərvin Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə ehtiyatsızlıqdan Ruslan Əzimovu vurub. Bundan sonra P.Tağıyev avtomobildə olan sərnişinləri - 17 yaşlı Kamal Abdullayev və 25 yaşlı Seyfi Nəcəfzadə ilə birlikdə R.Əzimovun meyitini hadisə yerindən götürərək Albalı yaşayış massivində yol kənarına atıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən həftə Albalı yaşayış massivində (Buzovna qəsəbəsi) yol kənarında təxminən 30-35 yaşlarında kişi meyiti tapılıb həmin şəxsin sağ ayağının sındığı və sifət nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyənləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Şağan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ruslan Əzimovdur.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










