Sürücü yol polisindən narazılıq edir – VİDEO-FOTO

Sürücü Rəsul Həsənli Bakıda piyada keçidində piyadaya yol vermədiyi üçün yol polisi tərəfindən cərimə olunmasına etiraz edir. O, Avtosfer.az-a müraciətində bildirib ki, bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciət araşdırılarkən aldığı cavab onu qane etməyib. Sürücü iddia edir ki, o, hərəkət zamanı piyadaya heç bir maneçilik törətməyib: «Martın 5-də Asanpay.az saytı vasitəsi ilə sürücülük vəsiqəsini yoxlayarkən MMX 2380042 seriyalı inzibati xəta haqqında protokol olduğunu gördüm. Protokolda İnzibati Xətalar Məcəlləsinin 330.0.1 maddəsinin tələbini pozduğum bildirilirdi. Lakin şəkillərə və maşınımda olan video qeydiyyatçıya düşən görüntüyə baxarkən qayda pozmadığımı açıq şəkildə gördüm və online şəkildə DYP-yə məktub göndərdim. Şikayətim əsasında martın 6-da BDYP-ə devet olundum. 108-ci otaqda əyləşən çavuşaa şikayətimi əsaslandırdım, başa düşmədi. Məni 103-cü otaqda mayor Məzahir Əsədovun yanına göndərdi. Eynilə şikayətimi izah etdim. Mayor mənə deyir ki, sən 153-1-ci maddəniq tələbini pozmusan. Təqribən 20 dəqiqəlik danışıq müddətində ona izah edə bilmədim ki, yoldaş mayor Əsədov, 153-1-ci maddə artıq yoxdur, əvəzində 330-cu maddə var. Mənə göndərilən protokola əsasən mən 330.1-ci maddəni «pozmuşam». Və bu maddənin qeyd hissəsində bele yazı var. Elə dediyini dedi ki, sən açıq surətdə 153-1-ci maddəni pozmusan, cərimə olunmalısan».
Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.
Avtosfer.az Rəsul Həsənliyə göndərilən fotoları və sürücünün özünün göndərdiyi videonu təqdim edir:
Emin
Bakıda AĞIR QƏZA: Avtomobil ikiyə bölündü - VİDEO - YENİLƏNİB
Sumqayıtda 3 avtomobil toqquşdu, xəsarət alanlar var - VİDEO
Naxçıvanda qəza: Ölən var
Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qaxda ağır qəza: Yük avtomobili ağaca çırpıldı - VİDEO
Qusarda AĞIR QƏZA: Yük avtomobili aşdı, sürücü həyatını itirdi - VİDEO
Velosipedlə yola çıxan azyaşlı avtomobillə toqquşdu: Sürücü onu ölümdən xilas etdi - VİDEO
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
Ürək tutmasından öldü - Qəzaya səbəb oldu
Bakıda film kimi hadisə - Əks yola çıxan “Changan” “KİA” ilə toqquşaraq aşdı - VİDEO
Bakı-Quba yolunda toqquşan yük maşınları zəncirvari qəza törətdi; 8 avtomobil… - VİDEO











