Sürücü yolda dalaşdığı adamın üstündən maşınla keçib qaçdı - ANBAAN VİDEO

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda dəhşətli hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, cip sürücüsü mübahisə etdiyi şəxsi avtomobillə vuraraq şumlayıb. Hadisə anı ətrafdakı təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, bu gün günorta saatlarında Silopi rayonunun 1-ci küçəsində baş verən hadisədə naməlum şəxs avtomobilini mübahisə etdiyi şəxsin üzərinə sürüb. Sürücü həmin şəxsin ayaqlarını əzib, daha sonra isə hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Silopi Dövlət Xəstəxanasına aparılıb.
Polis tərəfindən dərhal araşdırmalara başlanılıb və hadisəni törədən sürücü saxlanılaraq polis bölməsinə aparılıb. Hazırda onun barəsində istintaq aparılır.
Eltac Zülfüqaroğlu
Keçiddən keçməyən 84 yaşlı piyadanı motosiklet vurub öldürdü - VİDEO
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
Motosiklet yük maşınına çırpıldı - Rusiya vətəndaşı öldü
“Tofaş” piyadanı vurub avtoyuma məntəqəsinə atdı - Ağır qəza - VİDEO
Körpüdə ağır qəza baş verdi, iki qadın xəsarət aldı - YPX təcili müdaxilə etdi - VİDEO
Maşın qaz xəttinə çırpıldı, 5 kənd qazsız qaldı - FOTOLAR
Yağışlı yolda sürüşən “Nissan” dərəyə aşdı - VİDEO
Qayda pozan sürücü dairədə hərəkət edən maşını vurdu - ANBAAN VİDEO
Xəstə halda taksi sürdü; ağır qəzada öldü - DYP-dən AÇIQLAMA - VİDEO
İki yük maşını toqquşdu; partlayış baş verib, ölən var - VİDEO
Naxçıvanda iki avtomobil toqquşdu - “Niva” aşdı - FOTO











