Sürücülər arasındakı dava qəzayla bitdi - VİDEO
Qəzalar
15 İyun 2022 13:30
Oxunub 6152
Magistral yolda baş vermiş insident avtomobilin qeydiyyat kamerasında görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Yük maşını və minik avtomobili sürücüləri arasında dava düşüb. Yük maşınının sürücüsü əlində küt alətlə digər sürücüyə yaxınlaşıb. O avtomobilin qapısını açmaq istəsə də buna nail olmayıb, yenidən sükan arxasına qayıdıb. Sakit durmayan minik avtomobilinin sürücüsü onun yolunu kəsmək istəyib. Bundan hiddətlənə yük maşını sürücüsü də avtomobili onun üzərinə sürüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Görüntüləri təqdim edirik:
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR