Sürücülərin NƏZƏRİNƏ - Qəzalar ən çox bu səbəbdən baş verir

"Aparılan təhlillər göstərir ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürücülər tərəfindən müəyyən olunmuş sürət həddinin pozulmasıdır. Bəzi sürücülər xüsusi texniki nəzarət vasitələrinin - radarların qarşısında sürəti azaltsalar da, həmin məntəqəni keçdikdən sonra yenidən sürət həddini artırırlar".
Bu sözləri Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib.
Baş inspektor əlavə edib ki, statistikaya əsasən, qəzaların əhəmiyyətli hissəsi məhz iki nəzarət vasitəsi arasında, xüsusilə də sutkanın qaranlıq vaxtında, məhdud görünmə şəraitində və işıqlandırılmamış yol sahələrində baş verir. Bəzi hallarda yol infrastrukturunun vəziyyəti də risk faktoruna çevrilir:
"Bir daha vurğulamaq istərdim ki, nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və onun idarə olunması xüsusi məsuliyyət tələb edir. Sürücülər yol hərəkəti qaydalarına, yol nişanlarının tələblərinə və qanunvericiliyin müəyyən etdiyi normalara ciddi şəkildə riayət etməlidirlər. Məqsəd yalnız inzibati məsuliyyətdən yayınmaq deyil, ilk növbədə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını qorumaqdır.
Bundan əlavə, yol-nəqliyyat hadisələrinə səbəb olan digər amillər sırasında ara məsafəsinin düzgün saxlanılmaması, nəqliyyat vasitəsinin texniki cəhətdən nasaz vəziyyətdə istismar edilməsi, eləcə də sürücünün yorğun və ya yuxulu halda sükan arxasına əyləşməsi xüsusi yer tutur. Bu kimi hallar diqqətsizlik və məsuliyyətsizlik nəticəsində ağır fəsadlara gətirib çıxara bilir.
Daxili İşlər Nazirliyinin müvafiq qurumu olaraq, qayda pozuntularına qarşı nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək. Lakin təhlükəsiz yol mühiti yalnız inzibati tədbirlərlə deyil, hər bir sürücünün şəxsi məsuliyyəti və hüquq mədəniyyəti ilə formalaşır. Hər kəsi yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizliyi prioritet hesab etməyə çağırırıq"./baku.ws
Mərdəkanda qəfil sağdan çıxan sürücü avtomobili vurdu - ANBAAN VİDEO
İdarəetmədən çıxan “Toyota” tanınmaz hala düşdü, yaralılar var - VİDEO
Maşının qarşısına it çıxdı; mühəndis qəza törətdi - FOTOLAR
Abşeronda "Mercedes"lə toqquşan "BYD" aşdı - VİDEO
Füzulidə ağır QƏZA: Bir nəfər öldü, dörd nəfər... - YENİLƏNİB
Aeroport yolunda qəribə QƏZA - VİDEO
Təcili yardım maşını “Lexus”la toqquşdu; həkimlər və xəstə xəstəxanalıq oldu - VİDEO
Dostunun qəzada ölümünü anbaan lentə aldı - REAL VİDEO
Bakıda "Lexus" 5 maşını əzdi - FOTO
Bakı-Quba yolunda yük maşınları toqquşdu, toyuqlar kütləvi şəkildə məhv oldu - VİDEO
Qusarda qəza: Yük maşınıyla toqquşan “Nissan” aşdı - VİDEO











