Sürücülərin NƏZƏRİNƏ - Qəzalar ən çox bu səbəbdən baş verir

"Aparılan təhlillər göstərir ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürücülər tərəfindən müəyyən olunmuş sürət həddinin pozulmasıdır. Bəzi sürücülər xüsusi texniki nəzarət vasitələrinin - radarların qarşısında sürəti azaltsalar da, həmin məntəqəni keçdikdən sonra yenidən sürət həddini artırırlar".
Bu sözləri Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib.
Baş inspektor əlavə edib ki, statistikaya əsasən, qəzaların əhəmiyyətli hissəsi məhz iki nəzarət vasitəsi arasında, xüsusilə də sutkanın qaranlıq vaxtında, məhdud görünmə şəraitində və işıqlandırılmamış yol sahələrində baş verir. Bəzi hallarda yol infrastrukturunun vəziyyəti də risk faktoruna çevrilir:
"Bir daha vurğulamaq istərdim ki, nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və onun idarə olunması xüsusi məsuliyyət tələb edir. Sürücülər yol hərəkəti qaydalarına, yol nişanlarının tələblərinə və qanunvericiliyin müəyyən etdiyi normalara ciddi şəkildə riayət etməlidirlər. Məqsəd yalnız inzibati məsuliyyətdən yayınmaq deyil, ilk növbədə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını qorumaqdır.
Bundan əlavə, yol-nəqliyyat hadisələrinə səbəb olan digər amillər sırasında ara məsafəsinin düzgün saxlanılmaması, nəqliyyat vasitəsinin texniki cəhətdən nasaz vəziyyətdə istismar edilməsi, eləcə də sürücünün yorğun və ya yuxulu halda sükan arxasına əyləşməsi xüsusi yer tutur. Bu kimi hallar diqqətsizlik və məsuliyyətsizlik nəticəsində ağır fəsadlara gətirib çıxara bilir.
Daxili İşlər Nazirliyinin müvafiq qurumu olaraq, qayda pozuntularına qarşı nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək. Lakin təhlükəsiz yol mühiti yalnız inzibati tədbirlərlə deyil, hər bir sürücünün şəxsi məsuliyyəti və hüquq mədəniyyəti ilə formalaşır. Hər kəsi yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizliyi prioritet hesab etməyə çağırırıq"./baku.ws
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO












