Banner

Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO

Qəzalar 6 Oktyabr 2026 11:23
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Avtosfer.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, hadisə zamanı xəsarət alan 4 nəfər (kişi) oktyabrın 6-da saat 04:15-də Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib:

"Hazırda xəsarət alan şəxslərdən 4 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü yeniyetmənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".

***09:44

Qax şəhərində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

bax.tvhttps://player.bax.tv/embed/227583.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 718
ŞƏRH YAZ
Ad

E-mail

Şərh