“Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib” – RƏSMİ AÇIQLAMA - VİDEO

Oktyabrın 21-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən vətəndaşın halının pisləşməsi səbəbi ilə çağırış daxil olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib.
Məlumatda qeyd olunub ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
***12:11
Bakıda avtobus qəzasına səbəb sürücünün səhhətində qəfil baş verən narahatlıq olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-dən bildirilib.
Məlumatda qeyd edilib ki, bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında "BakuBus" MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:
"Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün əraziyə dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb".
***12:06
Bakıda baş verən avtobus qəzası zamanı xəsarət alan olmayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədov məlumat verib. O bildirib ki, hadisə bu gün saat 10:40 radələrində paytaxtın Səbail rayonu, Neftçilər prospekti ərasində, Qız Qalasının yaxınlığında baş verib.
Hylman Salman oğlu Əliyevin idarə etdiyi "BakuBus"a məxsus 125 saylı marşrut xətti üzrə hərəkət edən 99-JU-809 dövlət nömrə nişanlı avtobusla hərəkətdə olarkən qəfil idarəetməni itirib:
"Nəticədə avtobus yoldan çıxaraq maneələrə dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır".
***11:36
Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.
Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO









